“Trump Tower” hazırda… -Fotolar

  • By ilhame
  • 14 İyul 2024 12:31

ABŞ-nın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdindən sonra Nyu Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, şəhərdəki “Trump Tower” binası hazırda çox sayda polis tərəfindən mühafizə edilir.

 

Nyu-York meri Erik Adamsın sözlərinə görə, Nyu-York Polis Departamenti (NYPD) şəhərin görməli yerlərinə də əlavə polislər cəlb edir.

 

Məlumata görə, NYPD şəhər daxilində, o cümlədən “40 Wall Street – The Trump Building”, Foley Meydanı və “New York City Hall”da təhlükəsizlik tədbirlərini artırır.