Tualet kağızından gəlinlik paltarı - ABŞ-da yarışma (VİDEO)

  • By admin
  • 25 İyun 2016 19:33

weddıng dress from toılet paper

 

HTML tutorial

Gəlin geyimlərini xüsusi sifarişlə tikdirmək üçün zəngin olmağa ehtiyac yoxdur. Həmçinin geyimin ipəkdən olması da şərt deyil. Sizə təqdim etdiyimiz bu xəbərdə buna bir daha əmin olacaqsınız.

Gununsesi.info Washington Post və Reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində hər il tualet kağızından hazırlanan gəlinlik geyimləri yarışması keçirilir. Bu müsabiqəyə dünyanın bir neçə ölkəsindən maraq böyükdür. Bu il keçirilən yarışma zamanı 1500 gəlinlik geyimi arasından 10-u finala vəsiqə qazanıb.

Müsabiqənin əsas şərti, istifadəçilərin paltarları hazırlayarkən yalnız tualet kağızı, iynə, ip və yapışqandan istifadə etməsidir.

Bu il keçirilən yarışmanın qalibi “Qış Şəhvəti” adı verilən gəlinlik paltarı olub. Paltar stilist Van Tran tərəfindən hazırlanıb. Çempion Van Tran öz işindən ilham aldığını qeyd edərək, bu cür qeyri-adi yarışmada qalib olmağın ona  tamam başqa hislər yaşatdığını söyləyir. O, hazırladığı əl işi sayəsində 10 min dollar mükafat qazanıb.

Bu cür yarışmalar göstərir ki, az pulla və ucuz materialla da baxımlı gəlinlik paltarına sahib olmaq olar. Gununsesi.info həmin yarışmanın videosunu sizə təqdim edir:

 

Arzu Səyyad

Washington Post, Reuters