Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb

  • By admin
  • 21 Mart 2018 17:52


Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Elvin Xəqani oğlu İsgəndərov Qəbələ rayonunda Tufandağ istirahət kompleksində kanatdan yıxılaraq dəmir parçalarının altında qalıb.

Yaralını FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sumqayıta gətirilib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info