Tümen şəhərində güclü qum qasırğası

  • By admin
  • 22 May 2018 08:58

Tümendə güclü qum qasırğası – VİDEO

Rusiyanın Tümen şəhərində güclü qasırğa baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Regionun Fövqəladə hallar xidmətinin məlumatına əsasən, küləyin sürəti 26 metr/saniyəyə çatıb.

Yerli sakinlər sosial şəbəkələrdə şiddətli küləyin səbəb olduğu qum qasırğasının fotoşəkillərini və videogörüntülərini yayıb

“Bu Hollivudun hansısa yeni fəlakət filmi deyil. Bu Tümendə qasırğanın gətirdiyi şiddətli küləkdir” , – deyə “YouTube” portalına yerləşdirilmiş videolardan birinin təsvirində yazılıb.