Tünd üzüm bu xəstəliyin qarşısını almağa kömək edir -Dietoloq

Tünd üzümün bir çox faydalı xüsusiyyətləri var, o cümlədən xərçəngin qarşısının alınmasına kömək edir.

Gununsesi.info xəbər verir ki, bunu rusiyalı dietoloq, tibb elmləri doktoru Mariyat Muxina bildirib.

O, qeyd edib ki, tünd üzüm bədxassəli şişlərdən qoruyan giləmeyvə adlandırıb.

Dietoloq bildirir ki, qırmızı üzüm ürək-damar problemlərinin qarşısını almağa kömək edir, çünki onun tərkibində yüksək miqdarda resveratrol adlı maddə var. Damar sağlamlığını, qan dövranını yaxşılaşdırır, ürəyi dəstəkləyir və xolesterinin səviyyəsini aşağı salır: “Qara üzüm, tərkibindəki antosiyaninlərin yüksək olması səbəbindən xərçəngin qarşısının alınmasına kömək edir”.

Dietoloq qeyd edib ki, həm qırmızı, həm də qara üzümdə çoxlu həll olunan və həll olunmayan lif var ki, bu da həzmi yaxşılaşdırır, qəbizliyin qarşısını alır və yaxşı peristaltikaya kömək edir.

“Tənbəl” bağırsağa kömək etmək üçün Muxina gündə 200 qram (təxminən bir stəkan) üzüm yeməyi məsləhət görür.

 

 

 

Şəbnəm

Gununsesi.info