Tunel, yoxsa göl? – Bu keçid sürücülər üçün keçilməz olub – VİDEO

  • By admin
  • 13 Mart 2024 15:32

Paytaxtın Sabunçu rayonunda inşa olunan yeraltı avtomobil keçidi sürücülər üçün keçilməz olub. Çünki tuneli su basıb.  

Gununsesi.info Xəzər TV-yə istinadən bildirir ki, avtomobillə bu tuneldən hərəkət edən sürücülər müəyyən riskləri gözə almalıdırlar.

Sürücülər iddia edir ki, burada tez-tez belə xoşagəlməz vəziyyət yaşanır. Onların sözlərinə görə, problem tuneldə qəza şəraiti də yaradır.

Sürücülər deyirlər ki, tuneldə belə mənzərənənin yaranmasının əsas səbəblərindən biri də sularının kənarlaşdırılması üçün quraşdırılan nasosxananın vaxtında işə salınmamasıdır.

Qeyd edək ki, tunel “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin balansındadır.

AYD-dən bildirildi ki, Sabunçu qəsəbəsi, Əmirulla Əliyev küçəsinə keçən yeraltı avtomobil keçidi müvafiq tədbirlər planı çərçivəsində inşa olunub. Həmin yeraltı avtomobil keçidində qrunt sularının yığılmasına səbəb yağış barmaqlıqlarının aidiyyəti qurumlar tərəfindən vaxtı-vaxtında təmizlənməməsidir.

Çəkiliş apardığımız zaman tuneldən suyu kənarlaşdırmaq üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları gəld. Onların verdiyi məlumata  görə, ərazidəki sular axşama kimi tamimilə  kənarlaşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Gununsesi.info