Tunis BƏƏ-yə məxsus aviaşirkətə eniş qadağası qoydu

  • By admin
  • 25 Dekabr 2017 07:35

Tunis müvəqqəti olaraq “Emirates Airlines” aviaşirkətinin reyslərinə öz ərazisində eniş etməyə qadağa qoyub.

Gununsesi.info-nun məlumatına görə, ölkənin Nəqliyyat nazirliyi bildirib ki, bu qərar şirkət beynəlxalq müqavilələr və hüquqa uyğun bir həll tapmayınca qüvvədə olacaq.

Cümə günü BƏƏ Tunisin qadın vətəndaşlarına öz ərazisinə daxil olmağa və tranzitə qadağa qoyub.

Gununsesi.info