Tunis öz prezidentini seçir

  • By Günel
  • 06 Oktyabr 2024 14:35

Tunisdə prezident seçkisi keçirilir.

Gununsesi.info  TASS-a istinadən xəbər verir ki, dövlət başçısı postu uğrunda hazırkı prezident, 66 yaşlı Qeys Səid, eləcə də sosial-demokrat “Hərəkat əl-Şaab” partiyasından Zuhair Məqzavi mübarizə aparır.

Solçu “Azimun” partiyasından olan digər namizəd Ayaşi Zammel də seçkidə formal olaraq iştirak edir. O, imzatoplama zamanı saxtakarlıqda ittiham olunaraq həbs edilib.

Səsvermənin ilkin nəticələri oktyabrın 7-də axşam elan ediləcək.

Gununsesi.info