Tunis prezidenti Kays Səid ölkənin müstəqilliyinin 68-ci ildönümü münasibətilə 1467 məhbusu əfv edib.
Gununsesi.info bildirir ki, bu barədə Tunis dövlət başçısının administrasiyasının sosial şəbəkələrdəki səhifəsində məlumat verilib.
Məlumatda deyilir ki, Səid yüzlərlə məhbusa qarşı prezidentin xüsusi amnistiya səlahiyyətlərindən istifadə edib.
Belə ki, prezidentin amnistiyası çərçivəsində 483 məhbus azadlığa buraxılıb, qalanlarının cəzası yüngülləşdirilib.
Tunis 20 mart 1956-cı ildə Fransadan müstəqillik qazanıb və 25 iyul 1957-ci ildə Respublika elan edilib.
Gununsesi.info