Tunis sahillərində gəmi çevrilib, azı 61 nəfər ölüb

  • By admin
  • 14 İyun 2020 09:27

Tunis sahillərində Afrikadan olan miqrantların olduğu gəmi çevrilib. Nəticədə azı 61 nəfər ölüb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb. Bundan əvvəl “AFP” 52 nəfərin öldüyünü bildirmişdi.

Gəminin çevrilməsi nəticəsində boğulanların arasında bir uşağın olduğu da bildirilir. “Reuters”in məlumatına görə, miqrantlarla dolu olan gəmi ötən həftənin sonlarında Tunisin Kerkenna arxipelaqından çıxaraq İtaliya sahillərinə doğru istiqamətlənib.

 

Gununsesi.org