Tunis sahillərində mühacir qayığı aşdı: Çoxlu sayda adam öldü

  • Müəllif: admin
  • 14 Avqust 2023 14:30

Tunis sahillərinə mühacir qayığı aşıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qayığın batması ilə 5 nəfər ölüb, 7 nəfər itkin düşüb.

Safaks Məhkəməsinin sözcüsü Fevzi el-Masmudi Anadolu Agentliyi-nə açıqlamasında olayı təsdiqləyib.

Həvəskar qayıq mühacirləri daşıyırmış. İçində 35 adam olan qayıqdakı 23 nəfər xilas edilib.

Onların arasında ailələr də var.

Dövlət rəsmiləri olayın araşdırılması üçün təhqiqat başladıldığını bildiriblər.

 

Xatırladaq ki, Afrika sakinləri yaşayış üçün Aralıq dənizi üzərindən Cənubi Avropa ölkələrinə üz tuturlar.

Həyatlarını təhlükəyə atanlar bəzən məqsədlərinə çatmadan dəniz sularında can verməli olurlar.

 

Tərcümə: Arzu

Gununsesi.info