“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin ulduz səfiri seçilən xalq artisti Tünzalə Ağayeva ilk dəfə olaraq məhkum qadınlar arasında SƏS müsabiqəsi keçirəcək.
Gununsesi.info xəbər verir ki, birliyin sədri Firuzə Cəlilova sənətçiyə mahnılarından birinin birliyin himni üçün seçməsini təklif edib.
T.Ağayeva bu təklifi qəbul edib və himn olaraq seçiləcək mahnını məhkum qadınlardan biri ilə duet oxuyacağını bildirib. Fikir çox bəyənilib, dərhal hazırlıqlar başlayıb.
Xalq artisti hazırda məhkum qadınlar arasında ona lazım olan səsi tapmaq üçün seçim aparır.
Qeyd edək ki, məhkum qadınlarla ünsiyyətdə müəyyən məhdudiyyətlər olduğu üçün seçim videoformatda aparılır.
Gununsesi.info