Özbəkistanın məşhur “Artist” musiqi yarışmasında Azərbaycan mahnısı təqdim olunub.
Gununsesi.info xəbər verir ki, Tünzalə Ağayevanın “Sənsiz” mahnısını gənc ifaçı Navruza Mahamadjonova səhnədə ifa edib.
Mahnı “Zo’r” TV kanalında yayımlanan verilişdə tamaşaçılardan və münsiflərdən böyük maraq görüb. Onun melodik zənginliyi və dərin sözləri izləyicilər tərəfindən yüksək qiymətləndirilib.
Bu təqdimat Azərbaycan musiqisinin region səhnələrində də uğur qazandığını göstərir. Qeyd edək ki, əsərin musiqisi Xalq artisti Tünzalə Ağayevaya, sözləri isə Mirvarid Dilbaziyə aiddir.












