
Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Azərbaycandan göndərilmiş şikayətlər üzrə qərardadını elan edib.
Məhkəmədən Gununsesi.info-nun elektron poçtuna göndərilən məlumata görə, Tural Abbaslının Azərbaycana qarşı işi üzrə ərizəsi baxılacaq şikayətlərin siyahısından çıxarılıb.
Məlumatda qeyd olunur ki, məhkəmə tərəflərin dostca anlaşdıqlarına görə belə qərardad qəbul edib.
Barışığın nəticəsinə görə, hökumət Tural Abbaslıya 4 min avro pul verib.
Gununsesi.info