“Bu gün hamı deyir ki, uşaqların hicab problemi var. Halbuki qlobal səviyyədə belə bir məsələni görməmişik”.
Gununsesi.info bildirir ki, bu fikirləri siyasətçi, AĞ partiyanın sədri Tural Abbaslı “Gündəm Masa” verilişində səsləndirib:
“Azərbaycanda uşaqlarda əsas problem bu deyil. Hazırda uşaqların kiçik yaşda məktəblərdə psixotrop maddələrdən istifadəsi, siqaret çəkmək, alkoqol və zərərli oyunlar, həmçinin qumar və bu kimi vərdişlər əsas problemlərdir.
Başqa mövzular, məsələn, qızların hicab məsələsi, sadəcə fitnə və fəsad yaratmaq üçündür. 18 yaşından sonra hər kəs sərbəst vətəndaşdır. Kimisə məcbur etmək mümkün deyil. Hər kəs öz istəyi ilə başını bağlayar və ya açar. Müəllim məktəbə hicabla gəlirsə, ona “başını aç” deməyin heç bir aidiyyəti yoxdur.
Bu məsələlərdə təəssüf ki, popülizm üçün danışanlar, işi bilməyənlər və dərinliyi anlamayanlar fikirlərini yayırlar. Azərbaycanda heç vaxt belə bir problem olmayıb”.
Şəbnəm












