Tural Gəncəliyev: “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir”

  • By admin
  • 20 Sentyabr 2020 11:57

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqalar axtaran bütün tərəflərin suallarına tutarlı cavabdır. Azərbaycan Prezidentinin bütün həqiqətləri söyləməsi rəsmi Bakının şəffaf və xalqdan heç bir gizli siyasət aparmadığını bir daha sübut etdi”.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili  Tural Gəncəliyev bildirib.

İcma rəhbəri deyib ki,  Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır.

 

 

Gununsesi.info