Tural Güləhmədova yüksək vəzifə verildi - FOTO

  • Müəllif: Firuzə
  • 06 Noyabr 2025 19:37

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyəti sədrinə müşavir təyin edilib.

Gununsesi.info xəbər verir ki, bu vəzifə Tural Güləhmədova həvalə edilib.

Qeyd edək ki, T.Güləhmədov 2023-cü ilin oktyabr ayında DOST Agentliyinin DOST Xidmətləri departamentinin müdir müavini vəzifəsinə təyinat alıb. O, 2024-cü ilin mart ayına qədər həmin vəzifədə çalışıb. 1 mart tarixində İdarə Heyətinin sədri Fərid Məmmədovun imzaladığı əmrə əsasən, Agentliyin Daxili nəzarət və audit departamentinin müdiri vəzifəsinə təyinat alıb.

Tural Güləhmədova yüksək vəzifə verildi

 

Gununsesi.info