Tural Museyibov baş redaktor təyin olundu

“Liatris Holding”in baş direktorunun müavini, tanınmış telejurnalist Tural Müseyibov “News24.az” saytının baş redaktoru təyin olunub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Tural Müseyibov holdinqin baş direktorunun müavini vəzifəsi ilə yanaşı “News24.az” saytına da rəhbərlik edəcək.

Məlumatı Demokrat.az-a “Liatris Holding”dən də təsdiq ediblər.

Qeyd edək ki, “Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhi Əliyevadır.

“Liatris Holding”in tərkibində “News24.az” saytı ilə yanaşı, “MRH” reklam şirkəti, “Olay.az” və “Soz.az” media resursları fəaliyyət göstərir.

 

Gununsesi.info