Turan aparıcıları tənqid etdi

“Televiziyadakı gözəl həmkarlar, əksəriyyətiniz Türkiyə seriallarına, verilişlərinə baxa-baxa o qədər alüdə olmusunuz ki, özünüz olmağı unudub arada qalmısınız. Maneralarınız, üslubunuz, danışıq tərziniz bəzi məqamlarda hətta parodiyaya belə oxşayır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri aparıcı Turan İbrahimov feysbuk hesabında yazıb. O, aparıcıların efirdə türk sözləri işlətməsini tənqid edib: “Hələ söz ehtiyyatı azlığından fikrinizi ifadə etməkdə çətinlik çəkəndə, məlum serilallardakı qəlibləşmiş cümlələri Türkiyə türkcəsində işlədib, sonra da “türklər demişkən” deyib, guya vəziyyətdən çıxmanız lap əttökücüdür.

Kitabı keçdim, heç olmasa arada saytlardan bir-iki xəbər, yazı oxuyun deyəcəm. Hə, türk sözü eşidəndə tükləri biz-biz olub sarsıntı keçirənlər, bu statusun məğzi sizin qandığınız deyil. Türk bu milllətin dilinin də, sözünün də özüdür. Mən cırlaşan, təqlidçi aparıcılardan danışıram”.

 

Şəbnəm

Gununsesi.info