Turan İbrahimov Rəhim Rəhimli barədə: “Son görüşdə incik ayrıldı” - YENİLƏNİB

“Son görüşdə incik ayrıldı”.

Bu sözləri Oxu.Az-a açıqlamasında aparıcı Turan İbrahimov deyib

Onun sözlərinə görə, mərhum müğənni uşaqlıq dostu olub.

“Rəhim mənim uşaqlıq dostumdur. Buradakı evi ilə bağlı xatirələrimiz var. Heç məşhur olmamışdı. Axır vaxtlar görüşə bilmirdik. Özünə qapanmışdı. İncik ayrıldıq. Çox istedadlı insan idi. Biz yeniyetmə olanda fərqli xəyallarımız olub. Xoş olmayan hadisələr olub. Çox şey deyə bilərəm yaxşı mənada”.

11:19

“O, mənə çox dəstək olub”.

Bu sözləri Oxu.Az-a açıqlamasında müğənni Nihat Məlik deyib.

N.Məlik xəbəri səhər saatlarında eşitdiyini bildirib:

“Üzücü xəbər oldu. Biz tez-tez görüşürdük. 2 ay idi ki, İstanbulda idim. Gecə gəlmişəm. Şou-biznesin ən mərdlərindən idi. O, mənə çox dəstək oldu. Mənim kimi gənc sənətçilərə dəstək olub. Çox şey öyrədib. Harada görürdüsə, məsləhət verirdi. Saatını çıxarıb verirdi ki, səhnəyə belə çıx. Rəhim belə insan idi”.

10:55

“Azərbaycanın istedadlarından biri dünyadan köçdü”.

Bu sözləri Oxu. Az-a açıqlamasında “Qurd” ləqəbli repçi Fərid Eminov deyib.

Onun sözlərinə görə, mərhumla sonuncu dəfə iki ay öncə görüşüblər.

“Hər kəsə daim dəstək olub. Allahın qisməti belə imiş. Sonuncu dəfə bir studiyada görüşmüşük. Təqribən 2 ay öncə. Səhhətindəki problem hiss olunmurdu. Azərbaycanın istedadlarından biri dünyadan köçdü”.

10:43

“25 illik dostumu itirdim”.

Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum müğənninin dostu Mirzə Məmmədov deyib.
Dostunun sözlərinə görə, o 3-4 il ürək çatışmazlığından əziyyət çəkib.

“Ürəyinin 15 faizi işləyirdi. Bu evdə anası ilə birlikdə yaşayırdı. Gecə 3-də rəhmətə getdi. 25 ildir ki, burada yaşayırıq. Biz qonşu yox, dost olmuşuq. Mahnı yazan kimi gəlib mənə dinlədirdi. Çox gözəl günlərimiz olub”.

Gununsesi.info