“Turan Taboru”: Türklərin Ukraynada döyüşməsi üçün qurulan birlik – Taboru kimlər və nə məqsədlə qurdu?

  • By admin
  • 02 Dekabr 2022 16:52

Qırğızıstan vətəndaşı Almaz Qudabəyoğlu “Türk dövləti” vətəndaşlarının Ukraynada Rusiyaya qarşı döyüşməsi üçün “Turan Taboru” adlandırdığı birlik qurduqlarını açıqladyıb.

Gununsesi.info “BBC”yə istinadən xəbər verir ki, sosial mediada yayımlanan və əlində silah tutan bir qrup döyüşçünün yer aldığı videoda danışan Qudabəyoğlu Rusiya Prezidenti Vladimir Putinin “Türk xalqına soyqırım etdiyini”, çeçen lider Ramazan Kadırovun isə cihad elan etdiyini önə sürərək “Kadırovun şeytani metodunu da, Putinin imperialist rejimini də yıxacağıq”, söyləyib.

Qırğız vətəndaşının rusca danışdığı video döyüşçülərin Boz qurd işaraəsi göstərərək türkcə səsləndirdikləri “Yaşasın Turan” şüarı ilə bitib.

Bəs, “Turan Taboru” haqqında nələr bilinir? Qırğız mediasında və “BBC”-nin Qırğızıstan Xidmətində yer alan məlumatları dərlədik.

Niyə quruldu?

Turan Birliyi haqqında iki həftə öncə Qazaxıstan mətbuatına açıqlama verən Qudabəyoğlu Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyini və orada uğurlu olarsa, sonra Qazaxıstan və Qırğızıstana hücum edəcəyini iddia edib. Döyüşmə səbəblərini bunlarla əsaslandırıb.

“BBC”-nin Qırğızıstan Xidmətinin yazdığına görə, qısa müddət öncə qurulan bu birliyin 350 nəfərlik döyüşçüsü var.

Bu savaşçılar Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Çindəki uyğur türklərindən gəlirlər.

Almaz Qudabəyoğlu kimdir?

“BBC”-nin Qırğızıstan Xidməti onun haqqında çox da bilgilərin olmadığını vurğulayır.

Ukraynadakı Qırğızıstan səfirliyindən alınan məlumata görə, Qırğızıstan daha əvvəl Qudabəyoğlu ilə əlaqə quraraq onun ölkəsinə geri dönməsini çatdırıb. Fəqət o, bu təklifi rədd edərək döyüşməyə davam edib.

Qırğızıstanın Ukraynadakı səfiri İdris Qədirqulov “2021-ci ilin dekabrında Ukraynaya gələn bu adam konsulluğa bildiriş etmədiyi üçün qeydə alınmayıb”, deyib.
Səfir Qədirqulov daha sonra bunları söyləyib:

“Kiyevdə bir bərbərxanada çalışması bilinirdi. May ayında döyüşə qatıldığında bilgilər almağa başladıq. Daha sonra regional müdafiə birliklərinə qatılıb insanların sığınacaqlara götürülmsəinə yardımçı olduğunu öyrəndik. Ölkəsinə qayıtmağı rədd etdi”.

Qırğızıstan rəsmiləri onun haqqında təhqiqata başladıqlarını açıqlayıblar. Bu ölkənin qanunları vətəndaşların digər ölkələrdəki müharibələrə və toqquşmalara qatılmasını qadağan edir. Bu qanunnu pozanlar 5-8 il həbs cəzası ala bilərlər.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info