
2024/2025 mövsümü öncəsi hazırlıqlarını davam etdirən “Turan Tovuz” və “Kəpəz” klubları yoxlama görüşündə üz-üzə gəliblər.
Gununsesi.info xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç Tovuz təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv daha öncə yoxlama oyununda II Liqa təmsilçisi “Şəmkir”lə qarşılaşıb və 13:0 hesabı ilə qalib gəlib.
Gununsesi.info