“Turan Tovuz”dan qələbə, “Səbail” “Sabah”ı məğlub etdi

  • By admin
  • 09 Dekabr 2022 20:11

Bu gün Azərbaycan kubokunun 1/4 finalında ilk oyunlara yekun vurulub.

Gununsesi.info xəbər verir ki, günün ilk matçında “Kəpəz” “Turan Tovuz”u qəbul edib və 1:2 hesabı ilə uduzub.

Günün son matçında isə “Səbail” gözlənilmədən “Sabah” üzərində 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması dekabrın 19-u keçiriləcək.

Gununsesi.info