“TuranBank”ın İdarə Heyətinin yeni sədri o oldu

  • By ilhame
  • 05 Avqust 2024 20:51

“TuranBank”ın İdarə Heyətinə yeni sədr təyin edilib.

Gununsesi.info xəbər verir ki, İdarə Heyətinin sədr müavini Orxan Qarayev bankın İH-nin yeni sədri təyin edilib.

Bundan əlavə “TuranBank”ın İdarə Heyətinə 3 yeni üzv təyin olunub. Bunlar Bəxtiyar Məmmədov, Çingiz Ağayev və Emil Mürsəlovdur.

Xatırladaq ki, “TuranBank” 1992-ci ildən fəaliyyət göstərir. Bank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.

Gununsesi.info