ABŞ-də turist qar uçqunu zamanı 300 metr hündürlükdən dərəyə düşüb və sağ qalıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Post” yazıb.
Hadisə Vaşinqtonun şimal-qərbində yerləşən Milli Olimpiya Meşəsində baş verib.
Nəşrin məlumatına görə, axtarış-xilasetmə qrupu 30 yaşlı səyahətçidən qəza siqnalı aldıqdan sonra onun axtarışına çıxıb. Mütəxəssislər ilkin olaraq zirvə yaxınlığında itkin düşən turistin izinə rast gəlməyib və uçqunun baş verdiyi yerdə axtarışlara başlayıblar.
Məhz bu anda xilasedicilər daşların yanında sayrışan işığı görüblər. Qeyd olunur ki, siqnal dərəyə düşən səyyah tərəfindən verilib. Turist helikopterlə təxliyyə edilib və yaxınlıqdakı xəstəxanaya çatdırılıb, ona lazımi yardım göstərilib. Həkimlər onun hipotermiyadan əziyyət çəkdiyini, bir neçə yerində cızıq olduğunu və qolunun qırıldığını deyib.
Gununsesi.info