
“Azərbaycana gözlə görünəcək qədər turist gəlir. Bu ili o biri illərlə müqayisə eləmək olmaz. Əlbəttə, burda aparılan təbliğatın, ölkədəki sabitliyin, keçirilən beynəlxalq tədbirlərin və manatın devalvasiyasının rolu var. İndi isə təbliğatın ən məsiliyyətli mərhələsi başlayıb”.
Gununsesi.info xəbər verir ki, bunu “APA-Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı deyib. Onun qeyd etdiyinə görə, ölkəyə gələn və burdan razı gedən turistlər ölkənin təbliğatçısı, narazılar isə antipiarı ilə məşğul olacaq. “Ona görə də indi Mədəniyyət və Turizm Nazirliyinin əsas işlərindən biri də turizmin əhalinin gəlirlərinə birbaşa təsiri ilə bağlı məntiqli məlumatlandırma aparmasıdır. Əlbəttə, media ilə birgə. Şəhərin bir iki yerində ingilis dilli mütəxəssis və turist xətlərinin xəritələri ilə təmin olunmuş turist informasiya mərkəzinə ehtiyac var. Bir də turistlərin rahat valyuta dəyişməsi təcili təmin olunmalıdır. Kəsəsi, özümüz turist olanda hansı komfortu istəyiriksə, həmin komfortun təmin olunmasına çalışmalıyıq. Elə də çətin deyil yəni…”-deyə, o, sözlərinə əlavə edib.
Gununsesi.info