Turizm Nazirliyi turistlərə yubka geyməməyi tövsiyyə edir.
Gununsesi.info xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi ölkəyə gələn xarici tutristlərə əyalətlərə səfər edərkən, xüsusən də, iri olmayan şəhər və yaşayış məntəqlərində qısa yubka geyməməyi tövsiyə edib.
Bunu jurnalistlərə açıqlamasında Hindistanın dövlət turizm və mədəniyyət naziri Maxeş Şarma deyib. Onun sözlərinə görə, ölkəyə gələn xarici turistlərə gecələr şəhəri tək gəzmək və yubka geyməmək məsləhət görülür.
Bununla belə nazir deyib ki, ölkədə hər hansı xoşagəlməz halla rastlaşan zaman turistlər ən azından taksilərin dövlət nömrəsini çəksinlər: “Bu yolla biz onları tapa bilərik”.
Gununsesi.info