Azərbaycanda bayram süfrəsinin əvəzolunmaz təamı, yeməklərin şahı sayılan “Şah plov” əcnəbi turistlərin də ən çox sifariş verdiyi yeməklər sırasındadır.
Gununsesi.info xəbər verir ki, Qusardakı restoranlardan birində uzun illərdir aşpazlıq edən Şakalad Nurməmmədova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirir ki, rayona gələn turistlər tez-tez “Şah plov” sifariş verirlər. Gün ərzində ən azı 4-5 belə sifariş verilir. “Şah plov” dadmaq istəyənlər arasında yerli turistlərlə yanaşı əcnəbi qonaqlar da var. Xüsusilə ərəb ölkələrindən gələn qonaqlar Azərbaycan mətbəxinin ən dadlı təamını xoşlayırlar.
Səkkiz nəfər üçün nəzərdə tutulan “Şah plov”un qiyməti 40 manatdır.
Gununsesi.info