Turistlər Azərbaycanda 2 aya 100 milyon manat xərcləyib

  • By admin
  • 06 Aprel 2018 15:44

2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min əcnəbi gəlib.

Gununsesi.info “İxrac İcmalı” jurnalına istinadən xəbər verir ki, bu istiqamətdə ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz artım var.

Ölkəmizə gələn xarici vətəndaşların sayında baş verən artım həm də onların xərcləmələrində özünü büruzə verib. Belə ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 15 faiz artaraq 99,8 milyon manat təşkil edib.

Vüsalə

Gununsesi.info