Turizm Agentliyindən 3 ton araq söhbətinə qeyri-müəyyən cavab - LİTRİ TONLA GÖSTƏRİBLƏR

  • By admin
  • 06 Yanvar 2024 09:34

Dövlət Turizm Agentliyinin  3 ton ərik arağı alması barədə tenderi sosial şəbəkələrdə və mediada ciddi rezonansa səbəb olub.  Qeyd edək ki, həmin məlumatlarda 150 nəfərlik banket üçün 3 min litr – 3 ton ərik arağının alınması nəzərdə tutulur. 

Dövlət Turizm Agentliyi ciddi tənqidlərə səbəb olan  məlumatlara münasibət bildirib.

Gununsesi.info  bildirir ki, Agentlik bu bununla bağlı məlumatı təkzib etməyə çalışıb: “Bildiririk ki, milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimi təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirməyərək süni ajiotaja və yanlış anlaşılmaya səbəb olub. Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb”.

BUNA DA BAX:

 

Dövlət Turizm Agentliyini korrupsiya belə “yeyir”

Dövlət Turizm Agentliyi media nümayəndələridən istənilən məlumatın dəqiqləşdirilməsi üçün ilk növbədə Agentliyə müraciət edilməsini xahiş edib.

 

Bu açıqlamaya baxmayaraq, Agentlik korrupsiya iddiasını təkzib edə bilməyib.

Rəsmi sənəddə 3 min litr ərik arağı tələbatı göstərilir. Bu isə 3 ton deməkdir.

Göründüyü kimi Agentliyin narazılığı 3 tonun 3 min litr yazılmamasındadır.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımovə isə Gununsesi.info-nun əməkdaşı ilə söhbətində məsələni şərh etməkdən yayınıb.

 

Elmar Elnuroğlu

Gununsesi.info