“Turizm reyestrinə daxil edilməyən turizm şirkətləri və mehmanxanaların fəaliyyəti dayandırılsın” - DEPUTAT

  • By admin
  • 04 Aprel 2017 16:12
rauf_aliev_deputat_31243412
Turizm reyestrinə daxil edilməyən  turizm şirkətləri və mehmanxanaların fəaliyyəti  dayandırmalıdır.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Rauf Əliyev  MM-in Əmək və sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanun layihəsinin təkmilləşdirilməsinə ciddi ehtiyac var:
“Çünki qanunda hələ də müəyyən boşluqlar və sual doğuracaq  məqamlar var”.
 R.Əliyev əlvə edib ki, turizm şirkətlərinə lisenziya verilişi ləğv edildikdən sonra ölkədə çoxsaylı turzm şirkəti və mehmanxana peyda olub:
“Bunlar da başlayıblar özbaşına fəaliyyət göstərməyə… Nəticədə də bunun fəsadları ümumilikdə turizm sektoruna  dəyir. Məhz bu özbaşına fəaliyyət nəticəsində bu yaxınlarda Nigeriyadan olan 4-5 idmançı dünyasını dəyişdi və bunun məsuliyyətini heç kim üzərinə götürmədi.
Onlar evdə ölsələr də, mehmanxanada ölmələri faktlaşdırıldı. Ona görə də təklif edirəm ki, bütün turzim şirkətləri və mehmanxanaları turizm reyestrinə daxil edilsin. Reyestrə daxil edilməyənlərin fəaliyyəti dayandırılsın”
 
R. Əliyev  eyni zamanda, qanun layihəsinə məktəblilər, gənclər və uşaq turizmi ilə bağlı müddəanın salınmasını məqsədəuyğun saydı, həmçinin, turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sektorda xidmət səviyyəsinin artırılması, qiymətlərin tənzimlənməsi ilə bağlı təkliflərini verdi.
jala aliyeva
Millət vəkili Jalə Əliyeva isə qanun layihəsindəki bəzi üslub səhvlərinə, ümumən sənədin dilinə öz etirazını bildirib. 
Bildirib ki, qanunu dili sadə  və başadüşülən olmalıdır.
Mürtəza 
Gununsesi.info