Turizm şirkətindən qəribə addım - 120 NƏFƏRİ HƏCC ZİYARƏTİ ADI İLƏ RİO KARNAVALINA APARDI (FOTO)

  • By admin
  • 11 Dekabr 2017 14:42
Türkiyədə qəribə hadisə baş verib. 
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sadi Erkılıç adlı “işbaz” 120 nəfəri Həcc ziyarəti adı ilə Rio karnavalına aparıb. Onun əməlindən atalarını müqəddəs ziayrətə göndərən ailələrdən biri xəbər tutub. Belə ki, onlar ailə başçılarını Rio karnavalında gördükdə dərhal polisə xəbər veriblər.
Zərərçəkmiş ailələr adından danışan Süleyman Torkel “Mənim atam ürək xəstəsidir. Onu həcc ziyarətinə göndərərkən sağ qayıdacağına şübhə edirdik. Riodan qayıtması qeyri-mümkündür. Ümidimiz hər ötən saat tükənir.
Tək diləyimiz əgər öldübsə ən azından xoşbəxt bir şəkildə vəfat etməsidir. Bir günaha batıbsa da Allah bağışlasın, nə deyə bilərik”.
“Keyf tur”adlı turun rəhbəri Sadi Erkılıç isə özünə belə haqq qazandırıb: “Pis bir niyyətim yox idi, insanlar əylənsinlər istədim”.
Gununsesi.info