Turizm vergisi tətbiq olunacaq - MALAYZİYADA

  • By admin
  • 28 İyul 2017 23:45

malayziya

Malayziya hökumətinin rəsmi açıqlamasına görə, avqustun 1-dən etibarən ölkədə turizm vergisi tətbiq oluna bilər.

Gununsesi.info “vergiler.az” saytına istinadla bildirir ki, turizm vergisi mehmanxanalara tətbiq olunacaq.

Mehmanxanaların ulduz göstəriciləri əsas götürülməklə verginin dərəcəsi bir gecə üçün 0,58 dollardan 4,65 ABŞ dollarınadək dəyişəcək.

Malayziyanın turizm və mədəniyyət nazirinin açıqlamasında qeyd edilib ki, bu vergidən əldə olunan vəsait ölkənin turizm sektorunun beynəlxalq miqyasda reklam edilməsinə, eləcə də dövlət turizm infrastrukturunun inkişafına yönəldiləcək.

Gununsesi.info