Turizmdən gələn gəlirlər 4.3 faiz artıb - RÖVŞƏN AĞAYEV

  • By admin
  • 19 İyun 2017 12:09

rovsen

Tədiyə balansında bu ilin yanvar-mart ayında 464 mln. USD profisit yaranıb.

Gununsesi.info bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayevə istinadən bildirir.

Onun sözlərinə görə, 2015-ci ilin 3 ayında 4.591 mlrd. USD, 2016-cı ilin 3 ayında 1270.1 mlrd. USD defisitin ardınca ölkənin xarici valyutada ehtiyatlarında  artım baş verib: “Cari hesablar balansının saldosu da ötən ilki 432 mln. USD mənfi rəqəmdən bu il 380 mln. USD müsbət göstərici ilə əvəzlənib”.

Ölkəyə turist axınının kəskin artdığı deyilsə də, rəqəmlərdə bu özünü göstərmir. Belə ki, ötən ilin 3 ayına nisbətən turizm xidmətlərinin ixracı 28 mln. dollar (4.3%) artaraq 669 mln. USD-ə çatıb. Amma əvəzində xaricdə ölkə vətəndaşlarının turist kimi xərcləmələri daha çox artıb. Belə ki, bu ilin 3 ayında turizm xidmətlərinin idxalı 617 mln. USD olub. Bu ötən ilin göstəricisindən 87 mln. USD (16.4%) çoxdur.

Vüsalə Rüstəmova

Gununsesi.info