
Turizm haqqında yeni qanun layihəsi hazırlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məlumat verib.
O qeyd edib ki, artıq layihə Milli Məclisə təqdim edilib:
“Yeni qanun layihəsində turizm sahəsinə aid olan bütün məqamlar nəzərdə tutulub. Qanun layihəsi parlamentə təqdim edilib və payız sessiyasında müzakirəsi gözlənilir”.