
Hollandiyada türk əsilli deputat Tunahan Kuzu parlamentə gələn İsrail Baş naziri Binyamin Netanyahu ilə əllə görüşrməyi rədd edib.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Netanyahu deputatlara əl verərkən türk əsilli deputat Kuzu pencəyinin yaxasındakı Fələstin bayrağını göstərərək İsrail Baş nazirinə əl verməyib. Bundan sonra Netanyahu üzünü çevirərək digər millət vəkilləri ilə əllə görüşməyə davam edib.
Anar
Gununsesi.info