Türk əsgərinə heç kəs STOP DEYƏ BİLMƏZ!!!

  • By admin
  • 19 Fevral 2018 17:42
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Əsəd rejiminin Afrinə qoşun yeridəcəyi ilə bağlı yayılan xəbərlərə sərt  reaksiya verib.
Gununsesi.info “anadolu”-ya istinadən xəbər verir ki,  Mövlud Çavuşoğlu İordaniyada  Əsəd rejimi qoşunlarının Afrinə girəcəyi xəbərlərə  sərt reaksiya verib: “ Bu başdan konkret olaraq deyirik ki, başladığımız “Zeytun budağı” əmliyyatının hədəfi bəllidir- terroristləri məhv etmək. “Fırat kalkanı”nında İŞİD-i necə təmizlədiksə,  Afrin bölgəsində də  Türkiyəyə təhdid yaradan YPG-ni təmizləmək üçün əməliyyata başlamışıq. Bir daha  biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik. Odur ki, rejim güclərinin bura girməsini izah etməlidir, edirsə, nə üçün? Əsəd rejimi bura PKK/YPG-ni təmizləmək üçün girərsə problem yoxdur. Əgər YPG-ni qorumaq üçün girərsə, bizi, Türk əsgərlərinin kimsə durdura bilməz. Bu Afrin, Minbiç və Afrinin şərqi üçün keçərlidir”.
Gununsesi.info