Türk əsgərlərinin Qarabağa gəlişinə Rusiyadan RƏSMİ REAKSİYA

  • By admin
  • 16 Noyabr 2020 15:37

Prezident Tayyib Ərdoğanın imzaladığı Azərbaycana hərbi heyət göndərilməsi haqqında qanun layihəsinin Türkiyə parlamentinə təqdim edilməsi respublika qanunvericiliyində nəzərdə tutulmuş daxili prosedurdur.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada deyib.

“Həqiqət budur ki, Azərbaycan ərazisində bir monitorinq mərkəzi olacaq və oraya türk hərbçiləri göndərilməlidir – bu, Türkiyə Respublikasının daxili qanunvericiliyində nəzərdə tutulmuş prosedurlardır. Bu, Türkiyənin daxili işidir. Azərbaycan ərazisində ortaq monitorinq mərkəzinin yaradılması ilə bağlı razılaşmalara gəldikdə, bu, Rusiya ilə Türkiyə arasındakı ikitərəfli razılaşmanın məhsuludur “, – Peskov bildirib.

Gununsesi.info