Dakovoda düzənlənən Uluslararası Folklor Festivalında xorvat əsilli bir gənc Türkiyədən qatılan folklor nümayəndə heyətinin kortej keçişi sırasında Türk bayrağına hücum edib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, hücumun ardından bayrağı daşıyan gənc öncə nəyə uğradığını şaşırıb, ancaq daha sonra xorvat gəncin əlindən bayrağı almağı bacarıb.
Hücumun ardından xorvat gəncin polis tərəfindan gözaltına alındığı məlum olub.
Yetkililər hücum edən şəxsin aşırı alkollu-içkili olduğunu açıqlayıb.
Türk bayrağına edilən bu çirkin hücumun ardından Türkiyədən gələn folklor ekibinin festivaldan ayrılmaq istədiyi, ancaq Dakovo Bələdiyyəsi Başqanı Marin Mandariçin həm Türk xalqından, həm də Türkiyə Cümhuriyyətindən üzr dilədiyi məlum olub.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info