Türk “Bayraktar TB2”-ləri Ukrayna səmalarında – KİYEVDƏN MOSKVAYA "GÖZ DAĞI"

  • By admin
  • 04 Aprel 2021 17:34

Ukrayna və Rusiya arasındakı gərginlik davam edərkən rəsmi Kiyevin  daha əvvəl Türkiyədən satın aldığı “Bayraqtar TB2” PUA-ları Qara dəniz səmalarında uçuş edib.  

Gununsesi.info Ukrayna mediasına istənadən xəbər verir ki, “Bayraqtar TB2”-lərin bir çox manevr etdiyi və hər an vəzifəyə hazır olduğu bildirilib.

“Bayraktar TB2” PUA-larının Donetks sərhəd xətti boyunca mütəmadi uçuş həyata keçirdiyi qeyd edilib.

Qeyd edək ki, “Bayraqtar TB2” PUA-ları  Liviya, Suriya və Qarabağdakı toqquşmalarda çox sayda Rusiya havadan müdafiə sistemlərini yox edərək istifadəyə yararsız hala gətirmişdi. “Bayraqtar TB2”-lər Suriya və Liviyada ən az 23 ədəd Pantsir-S1 məhv edərkən, Azərbaycanın Qarabağ zəfərində də mühüm rol oynamışdı.

Ukrayna, Türkiyədən 2019 ildə altı ədəd “Bayraqtar TB2” İnsansız Hava Təyyarəsi ilə üç yer nəzarət stansiyası satın almışdı. Kiyev rəhbərliyi həmçinin dəniz qüvvələri üçün bu il yeni bir sifariş edəcəyini açıqlamışdı.

 

Gununsesi.info