Türk Dil Qurumu bu sözləri milli terminlərlə əvəzlədi

  • By admin
  • 27 Sentyabr 2017 21:17

c2683860a519b8f58061067ff7b79297

Türk Dil Qurumu (TDK) bəzi xarici sözlərin türkcə qarşılığını müəyyənləşdirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türk Dil Qurumunun rəhbəri, professor Mustafa Sinan Kaçalin məlumat verib.

O bildirib ki, bundan sonra Türkiyədə “petrol” sözü “yer yağı”, “doğal qaz”ın isə “yer qazı” kimi adlandırılması təklif olunub.

Bundan başqa, SMS sözü yerinə “qısa məlumat” və ya “qısa xəbər” işlənəcək.

Kaçalin buzlu meyvə sularından hazırlanan və “hyperloop” adlanan içkinin Anadoluda istifadə olunan “karsanbaç” kəlməsi ilə əvəzləndiyini bildirib.
Pərdəçilkdə istifadə olunan və artıq gündəlik dilə də keçən “store” kəlməsi isə “sarma pərdə” kəlməsi ilə əvəzlənib.

Gununsesi.info