Türk diplomatlar Almaniyadan sığınacaq istəyir

  • By Mayil
  • 22 Oktyabr 2016 11:56

signacaqTürkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul uğursuz dövlət çevrilişi cəhdindən sonra Almaniyadan siyasi sığınacaq istəyən türk diplomatlarının sayı açıqlanıb. 

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki,  bu haqda  Almaniya Daxili İşlər Nazirliyinin müşaviri Günter Krings Yaşıllar Partiyasında millət vəkili seçilmiş Özcan Mutlunun sorğusuna cavabında bildirib. 

Onun sözlərinə görə, Türkiyənin 35 diplomatı və onların ailə üzvləri siyasi sığınacaq almaq üçün Almaniya Federal Qaçqın və Köçkünlər Dairəsinə (BAMF) müraciət edib. Hazırda onların tələbləri federal məhkəmələr və prokurorluq tərəfindən ayrı-ayrılıqda dəqiqliklə araşdırılır, məhkəmələr Almaniya və Türkiyənin də qoşulduğu Ekstradisiya haqqında Avropa Konvensiyası əsasında qərar verəcək.

Qeyd edək ki, Almaniya KİV-ləri iki həftə əvvəl Türkiyənin bu ölkədəki 8 diplomatının FETÖ ilə əlaqəsi olması səbəbindən diplomatik pasportlarının ləğv edildiyi və onlardan 3 nəfərinin də hökumətə sığınacaq üçün müraciət etdiyini yazmışdı.

Gülnaz Qənbərli

Gununsesi.info