Türkiyənin Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinə ixracı ilin 10 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 5,6 milyard dollara çatıb. Ən çox ixracat 1,8 milyard dollarla Azərbaycana olub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr yeni konyukturada irəli sürdükləri vizyon, layihələr və fəaliyyətləri ilə getdikcə daha mühüm güc mərkəzinə çevrilirlər.
Üzv ölkələr öz qaynaqları, gücləri və baxışları, dünyanın ən mühüm logistika kanallarında yerləşdikləri geostrateji yerləri ilə dünyanın ərzaq və enerji böhranlarının öhdəsindən gəlməkdə əsas əhəmiyyətə malikdirlər. Ölkələr tərəfdaşlıq əsasında birlik, əməkdaşlıq, həmrəylik və inteqrasiyanı gücləndirərkən, Türkiyə bu ölkələrlə ticarətində irəliləyişə davam edir.
Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarından toplanan məlumata görə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan ibarət TDT ölkələrinə ixrac 5,6 milyard dollara çatıb.
Ötən ilin eyni dövründə 4,8 milyard dollar olan bu rəqəm illik bazda 16,3 faiz artıb.
Sözügedən dövrdə TDT ölkələri arasında ən yüksək ixrac 1,8 milyard dollarla Azərbaycana olub. Eyni dövrdə Qazaxıstana 1,5 milyard dollar, Özbəkistana 1,4 milyard dollar, Qırğızıstana isə 884,7 milyon dollar ixrac edilib.
Beləliklə, yanvar-oktyabr aylarında Qazaxıstan, Özbəkistan və Qırğızıstana bütün zamanların ən yüksək ixracı həyata keçirilib.
TDT çərçivəsində bütün ölkələrə ixrac ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Sözügedən dövrdə Qazaxıstana 45 faiz, Qırğızıstana 25,2 faiz, Özbəkistana 7,2 faiz, Azərbaycana isə 2,8 faiz ixracat artımı qeydə alınıb.
Kimyəvi maddələr və məhsullar sektoru TDT ölkələrinə ən çox ixracat edib.
İlin 10 ayında kimya maddələri və məhsulları sektoru 981,6 milyon dollar ixrac edib. Bu sektoru 655 milyon dollarla hazır geyim və geyim sənayesi, 617,2 milyon dollarla hazır geyim və geyim sənayesi, 453,7 milyon dollarla elektrik və elektronika sənayesi, 344,5 milyon dollarla kondisioner sənayesi gəlir.
İstanbuldan bu ölkələrə 3,3 milyard dollarlıq ixracat həyata keçirilib. Bu məbləğlə İstanbul TDT ölkələrinə ixracın yüzdə 58,9-unu öz üzərinə götürüb.
Gununsesi.info