
Noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Sammiti keçiriləcək.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək sammitdə iqtisadiyyatdan siyasətə, mədəniyyətdən turizmə, təhsildən idmana qədər müxtəlif sahələrdə əməkdaşlığın artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Sammitdə Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğan təmsil edəcək.
Qeyd edək ki, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təşkilata üzv, Türkmənistan, Macarıstan və KKTC isə müşahidəçi üzvdür.
Gununsesi.info