Türk Dövlətləri Təşkilatının yaradılmasının ildönümüdür – Türkiyə XİN təbrik məktubu yaydı

  • By admin
  • 03 Oktyabr 2023 11:21

Türkiyə Xarici İşlər Nazirliyi 2009-cu ildə qəbul edilən və Türk Dövlətləri Təşkilatının (TDT) yaradılmasının əsasını qoyan Naxçıvan Bəyannaməsinin 14-cü ildönümü münasibətilə təbrik məktubu yayıb.

“1992-ci ildə türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərinin keçirilməsi ilə başladığımız proses ona gətirib çıxarıb ki, bu gün tam hüquqlu beynəlxalq təşkilatımız var”, – deyə məktubda bildirilir.

Gununsesi.info-nun məlumatına görə, nazirlik qeyd edib ki, bu, TDT üzvü olan ölkələrin “güclü iradəsi və birgə səyləri sayəsində” mümkün olub.

Türkiyə Xarici İşlər Nazirliyi TDT-nin assosiasiya üzvləri arasında əməkdaşlığın sürətlə inkişaf etdirilməsi və dərinləşdirilməsi, eləcə də məsuliyyətli beynəlxalq və regional aktor kimi bütün dünyada sülhün və sabitliyin təmin edilməsi işinə xidmət etmək üçün səy göstərdiyini vurğulayıb.

Türkiyə türk dünyasının (türk dünyası dövlətləri arasında) birgə səylər və əməkdaşlığı inkişaf etdirməklə daha da güclənməsinə yönəlmiş addımlarını davam etdirəcək.

Səid Əhmədli
Gununsesi.info