Türk dünyası ali məhkəmə sədrlərinin və ədliyyə nazirlərinin görüşü keçiriləcək

  • By ilhame
  • 05 Oktyabr 2023 22:36

“Türk dünyası ali məhkəmə sədrlərinin toplantısı tez bir zamanda baş tutacaq. İnanıram ki, Türk Dövlətləri Təşkilatının ədliyyə nazirlərinin görüşü də tezliklə gerçəkləşəcək”.

Gununsesi.info-nun xəbərə görə, bunu Ankarada TDT-yə üzv dövlətlərin Türk Dünyası Notariat Birliyinin yaradıldığı tədbirdə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazir deyib ki, türk dövlətləri ilə bütün sahələrdə əməkdaşlığı artırmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən bidiridir: “Çox məmnunuq ki, türk dövlətləri ilə hüquqi sahədə də əməkdaşlığımızı genişləndiririk. Türk dövlətləri ilə ədliyyə sahəsində, xüsusilə elektron xidmətlərin göstərilməsi, notariat, hüquqşünasların tədrisi və sair sahələrdə səmərəli əməkdaşlıq edirik”.

F.Məmmədov TDT çərçivəsində 20-dən çox yüksək səviyyəli geniş çeşidli toplantıların keçirildiyini deyib.

Bu çərçivədə ədliyyə sahəsində mühüm rolu olan baş prokurorların görüşünün keçirildiyini xatırladan nazir ədalət akademiyalarının tədrisi və hüquq şəbəkəsi yaradıldığını da qeyd edib.

“Bu gün isə biz yeni iqtisadi reallıqlar, çağırışlar, xüsusilə investisiya mühitinin yaxşılaşdırılmasında getdikcə rolu artan və əhaliyə çoxsaylı, yeni-yeni müasir xidmətlər göstərən notariuslarımızı bir araya gətirib türk dünyası çərçivəsində platforma qəbul etdik. Bu baxımdan mövcud müsbət təcrübələri də bölüşmək nəticə etibarı ilə insanlarımızın bundan faydalnmasına imkan verəcək”, – nazir bildirib.

Gununsesi.info