Türk coğrafiyasına aid çoxcildlik nəşr hazırlanacaq

  • By admin
  • 03 Noyabr 2017 22:06

AMEA Coğrafiya İnstitutu çoxcildli “Türk Dünyası Coğrafiyası” nəşrini hazırlayacaq.

Gununsesi.info xəbər verir ki, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib ki, İkinci Türkiyə-Azərbaycan Coğrafiya Günlərində görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun “Türk Dünyası Coğrafiyası” çoxcildliyinin yaradılması ideyasını gerçəkləşdirmək təklifini irəli sürüb. Bu təşəbbüs razılıqla qəbul edilib.

Alim əlavə edib ki, bu fikri AMEA prezidenti akademik Akif Əlizadəyə çatdırarkən o, vaxt itirmədən işə başlamağı tövsiyə edib. A.Əlizadə bu məsələdə Coğrafiya İnstitutunu dəstəkləyəcəyini söyləyib.

Artıq “Türk Dünyası Coğrafiyası” çoxcildliyinin hazırlanması üçün işçi qrupu yaradılıb və 6 nəfərdən ibarət tərkibi təsdiqlənib.

Gununsesi.info