Türk dünyasını birləşdirən DAHA BİR ADDIM: “Alp Arslan” gəlir…

Qazaxıstan Türkiyə ilə birlikdə tarixi film və serial çəkəcək. Filmin çəkilişi ilə iki ölkənin aparıcı telekanallarının məşğul olacağı nəzərdə tutulub.

Gununsesi.info xəbər verir ki, artıq Türkiyənin tanınmış prodüserləri tərəfindən 6 bölümdən ibarət “Alp Arslan” tarixi seriyalının Qazax çöllərində döyüş səhnələrinin çəkilməsinə qərar verilib.

HTML tutorial

Türkiyəli prodüser Emre Konuk Qazaxıstan haqqında telenovellərin yaradılmasında birgə çalışmağa hazır olduğunu bildirib.

Bundan başqa, tərəflər arasında “Korkıt Ata” tarixi filminin çəkilişləri ilə bağlı danışıqlar aparılır.

Gununsesi.info