Türk hərbçilər kəndlilərə hücum edən terroçuları zərərsizləşdirib

  • By admin
  • 06 Fevral 2021 12:16
Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı həyata keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) bölgəsində terrorçu PKK/YPG-PYD qruplaşmasının 3 silahlısı zərərsizləşdirilib.

Gununsesi.info “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, terrorçu PKK/YPG-PYD üzvləri Suriyanın Azez bölgəsində zeytun toplayan kəndlilərə hücum edib. Türkiyə komandosları onlara atəş açmaqla cavab verib. Nəticədə hücum edən terrorçulardan üçü məhv edilib.

Gununsesi.info