Türk Hakerlər partiyanı hədəfə aldılar

  • By admin
  • 30 Sentyabr 2016 16:53

hakker

Türk Hakerlər qrupu Hollandiyanın ifrat sağçı partiyası olan Azadlıq Partiyasının (PVV) saytına kiber hücum təşkil edib.

Gununsesi.info “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, bir müddət öncə Niderland Parlamentinin iclasında çıxış edən Hollandiyanın ən böyük partiyası olan irqçi Azadlıq Partiyasının lideri Gert Vilders “Sərhədləri bağlayaq. Artıq Türklər girməsin. Hollandiyaya artıq bir nəfər belə, Türk gəlməsin”, – deyib.

Buna etiraz əlaməti olaraq “Aslan Neferler Tim” adlı Türk Haker qrupu PVV-nin rəsmi web saytını dağıdıb. Adıçəkilən qrup daha sonra sosial medya hesablarında: “Azadlıq Partiyasının rəsmi saytını istifadəyə bağladıq” şəklində açıqlama edib.

Anar

Gununsesi.info